Satıcının qulağını dişləyən müştərinin şikayəti təmin olunmadı

saticinin-qulagini-disleyen-musterinin-sikayeti-temin-olunmadi
Oxunma sayı: 643

Gün.Az-ın məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara görə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə T.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib, K.Yusifova isə 100 manat pul cəriməsi təyin edilib.

İttihama görə, Telman Məmmədov içkili vəziyyətdə mağazaya daxil olaraq su almaq istəyib. Lakin satıcı Kamran Yusifov müştərinin sərxoş olduğunu görəndə onu söyərək dükandan qovub.

Bundan sonra tərəflər arasında dava düşüb. K.Yusifov T.Məmmədovu vurmağa başlayıb. Bu zaman Telman Kamranın sol qulağını dişləyərək qoparıb.

İstintaq orqanı Telman Məmmədovun əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma), Kamran Yusifovun əməlini isə 132-ci (döymə) maddəsi ilə qiymətləndirərək işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərib.