Savçenko Ali Radaya ilk qanun layihəsini təqdim etdi

savcenko-ali-radaya-ilk-qanun-layihesini-teqdim-etdi
Oxunma sayı: 1425

Nadejda Savçenko Ukrayna Ali Radasına ilk qanun layihəsini təqdim edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı pilot, millət vəkili Savçenkonun ölkənin məhkəmə sisteminin və hakimlərin statusunun qaydaya salınması ilə bağlı qətnamə layihəsinin təşəbbüskarı həm də “Radikal partiyası”ndan olan deputat Yuriy- Boqdan Şuxeviç olub.

Xatırladaq ki, Rusiyada 22 il azadlıqdan məhrum edilən ukraynalı pilot Nadejda Savçenko mayın 25-də terrorçuluq fəaliyyətində ittiham edilərək 14 il azadlıqdan məhrum edilən rus məhbuslar - Yevqeni Erofeyev və Aleksandr Aleksandrovla dəyişdirilərək ölkəsinə təhvil verilib.