Savçenko ekstradisiya barədə sənədləri aldı

savcenko-ekstradisiya-barede-senedleri-aldi
Oxunma sayı: 843

Rusiyada həbs edilən ukraynalı təyyarəçi Nadejda Savçenkonun Ukraynaya ekstradisiya məsələsi həllini tapmaq üzrədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Savçenkonun vəkili xəbəri təsdiqləyərək “Həqiqətən, dünən Nadejda Savçenko ekstradisiya barədə sənədlər alıb”, - deyə bildirib. Onun sözlərinə görə, sənədləri doldurmağa başlayan Savçenko bu işi vəkil Nikolay Polozovla birgə aprelin 29-u tamamlayacaq.

Bununla yanaşı, onun fikrincə, Savçenko Ukraynaya ekstradisiya edildikdən sonra cəzasını çəkməli olmayacaq.

Rusiya tərəfi isə sözügedən məsələ ilə bağlı hələ heç bir məlumat verməyib.

Xatırladaq ki, Savçenko 2014-cü ildə Donbasda gedən döyüşlərdə iki rusiyalı jurnalistin ölümündə ittiham olunuraq Rusiya tərəfindən həbs edilib. O, 22 il müddətinə azadlıqdan məhrum edilib.

Aysel Kərimova