Savçenko Kievdə qəhrəman kimi qarşılandı - Video

savcenko-kievde-qehreman-kimi-qarsilandi
Oxunma sayı: 6008

Ukraynalı pilot Nadejda Savçenkonu gətirən təyyarə Kievdə “Borispol” hava limanında eniş edib.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, hava limanında qəhrəman kimi qarşılanan Savçenko “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenkonun güllərini almaqdan imtina edib. Daha sonra pilot anası və bacısı ilə birgə aeroportu tərk edib.

Ukrayna prezidenti Petro Poroşenko facebook hesabında Nedejda Savçenkonun ölkəsinə qayıtması ilə bağlı yazıb:

“Bizim Nadya nəhayət ki, Ukrayna torpağındadır. Onu dönüşü ilə bağlı təbrik etməkdən şadam. Ukraynalıları və bütün dünyanı qələbəmiz münasibəti ilə təbrik edirəm”.

Poroşenko, həmçinin əlavə edib ki, bütün ukraynalı girovların azad edilməsi uğrunda mübarizə davam edəcək:

"Nadejdanı qaytardığımız kimi Donbassla Krımı da qaytaracağıq".

Prezident Poroşenko ilə birgə brifinq keçirən Savçenko isə bildirib ki, döyüş meydanına qayıdıb Ukrayna üçün canından keçməyə hazırdır.