Savçenkonun maşını yaşlı qadını vurdu - Fotolar

savcenkonun-masini-yasli-qadini-vurdu
Oxunma sayı: 640

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenkonun maşını qəza törədib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, deputatın sürücüsü yaşlı qadını vurub. Hadisə dünən səhər saatlarında baş verib. Qəza zamanı Savçenko da maşında olub. 

Şahidlərin sözlərinə görə, hadisə qadın tələsik yolu keçən zaman baş verib. Ayağından xəsarət alan piyada təcili yardımla xəstəxanaya aparılıb. Qəzanın təfərrüatları, kimin günahkar olduğu araşdırılır.

Aysel Kərimova