Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy prezident Barak Obamanın Nadejda Savçenkonun vətəninə qaytarılmasındakı rolundan danışıb.
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, səfir ABŞ prezidentinin rolunun böyük olduğunu bildirib:
“Prezident Obama bu dəstəyə çox ciddi yanaşdı. Deyə bilərəm ki, ABŞ prezidentinin rolu çox böyük idi”.
Xatırladaq ki, pilot Nadejda Savçenko rus jurnalistlərin ölümündə ittiham edilərək 22 il azadlıqdan məhrum edilmişdi. O rus məhbuslarla dəyişdirilərək dünən ölkəsinə qaytarılmışdı.
Son xəbərlər
Son Xəbərlər