Savçenkoya hökm oxundu - 22 il həbs və 30 min rubl cərimə

savcenkoya-hokm-oxundu
Oxunma sayı: 3402

Rusiya həbsxanasında saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkoya hökm oxunub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Donetsk şəhər məhkəməsi Savçenkonu jurnalist İqor Kornelyuk və səs rejissoru Anton Valoşinin qətlində günahkar bilib. O, 22 il müddətinə azadlıqdan məhrum edilib və 30 min rubl dəyərində cərimələnib.

Savçenkonun həbs müddəti saxlanıldığı gündən – 23 iyun 2014-cü ildən hesablanacaq.