Şavkat Mirziyoyevin inauqurasiyası bu tarixdə keçiriləcək

savkat-mirziyoyevin-inauqurasiyasi-bu-tarixde-kecirilecek
Oxunma sayı: 1524

İkinci dəfə Özbəkistanın Prezidenti seçilən Şavkat Mirziyoyev sabah vəzifə başına keçəcək.

“Qafqazinfo” Özbəkistan parlamentinin Yuxarı palatasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirziyoyevin inauqurasiya mərasimi noyabrın 6-sı keçiriləcək.

Mərasim zamanı ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev iştirakçıları Prezident seçkilərinin nəticələri ilə tanış edəcək.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-ü keçirilib. Şavkat Mirziyoyev səslərin 80,12%-ni qazanaraq yenidən Prezident seçilib.