“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi - Foto

saxla-emrine-tabe-olmayan-surucu-hebs-edildi
Oxunma sayı: 2497

Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib. Tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zeynallının saxlanılıb. 

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.