Sosial şəbkələrdə yol polisi ilə taksi sürücüsü arasında insident yaşanmasına dair görüntülər yayılıb.
DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, görüntülər araşdırılıb və sürücünün polisin “saxla” əmrinə tabe olmadığı müəyyən edilib.
Həmin taksi avtomobili Nəsimi rayon DYP əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalarla sürücü Masallı rayon sakini, Aqil Məmmədovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq 2.268 qram narkotik maddə – heroin, 0,710 qram psixotrop maddə – metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
Həmçinin oxuyun: “Meyvəli” bazarının Dövlət Agentliyinə 250 min borcu yaranıb
Son xəbərlər
Son Xəbərlər