Saxlanan şəxs polis idarəsində özünü asdı – - Bakıda

saxlanan-sexs-polis-idaresinde-ozunu-asdi-
Oxunma sayı: 2584


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 8-də olub. Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə (oğurluq, təkrar törədildikdə) axtarışda olan 1987-ci il təvəllüdlü Azər Qəmbərli özünü asıb. Belə ki, martın 8-də saat 16 radələrində Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılan A.Qəmbərli özünü öldürmək üçün dəsmaldan istifadə edib. O əl-üz dəsmalını hissələrə bölərək kəndir şəklinə salıb və havalandırmanın dəmir barmaqlığından özünü asaraq intihar edib. 

Səbail Rayon Polis İdarəsindən “Qafqazinfo”ya faktı təsidlqəyiblər. İş üzrə araşdırma aparılır.