Bakıda iki gün öncə yoxa çıxmaları haqda məlumat yayılan gənclərin harda saxlanıldığı bəlli olub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, Məmmədov Bayram və İbrahimov Qiyas Nərimanov Rayon Polis Idarəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılır.
Vəkil qeyd edib ki, saxlanılan şəxslərlə görüşə icazə verilməyib.
***
Dünən saxlanılan siyasi fəalların hansı maddə ilə ittiham olunduğu məlum olub.
Vəkil Elçin Sadıqov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, saxlanılan hər iki şəxs Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham olunurlar: "Bayram Məmmədov və Qiyas Ibrahimov narkotika ittihamı ilə saxlanıblar. 234-cü maddənin konkret hansı bəndi ilə ittiham irəli sürüldüyü deyilməyib. Bu gün günortadan sonra məhkəmədə biləcəyik. Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə saxlanılan gənclərin barələrində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılacaq".
Son xəbərlər
Son Xəbərlər