Saxlanılarkən özünü bıçaqladı

saxlanilarken-ozunu-bicaqladi
Oxunma sayı: 1568

Salyan rayonunda marketə basqın edən şəxs saxlanılarkən özünə xəsarət yetirib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək  2000 manat pul tələb edib və ona xəsarət yetirib.

A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılıb. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.