Şaxta 600 insanın canını aldı

saxta-600-insanin-canini-aldi
Oxunma sayı: 635

Ölkənin Pa-de-Kale departamentində evlərin yaxınlığında 2 nəfərin cəsədi tapılmışdır. Onların öz evlərinin yaxınlığında donmaları çoxlarını təəccübləndirmişdir. Polis hadisənin səbəblərini araşdırır.
Bulon-sür-Mer departamentində 3 və paytaxt Parisin küçələrində mənzili olmayan 2 donmüş cəsəd aşkar olunmuşdur. Daha bir neçə adam Bulon meşəsində donub ölmüşdür.
Sinoptiklər isə soyuq hava şəraitinin fevralın sonuna kimi davam edəcəyi barədə əhalini vəbərdar etmişdir.
Xatırladaq ki, Avropada donvurmadan dünyasını dəyişənlərin sayı 600 nəfərə çatmışdır.