Şaxta Baba geyimində mağazanı soydu - Batumidə

saxta-baba-geyiminde-magazani-soydu
Oxunma sayı: 1568

Gürcüstanın Batumi şəhərində Şaxta Baba geyimində olan şəxs mağazanı qarət edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Rustavi 2” kanalı məlumat yayıb.  

Məlumata görə, hadisə dekabrın 31-də baş verib. Oğru Şaxta Baba geyimində marketə daxil olub. O, əvvəlcə satıcını bayram münasibəti ilə təbrik edib. Daha sonra silahı tuşlayaraq pulları tələb edib. Kassada 40 min lari (təxminən 15 min dollar) götürən oğru ordan uzaqlaşıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.