Saxta dollar satmaq istəyən 2 nəfər saxlanılıb

saxta-dollar-satmaq-isteyen-2-nefer-saxlanilib
Oxunma sayı: 1320

İyunun 25-də saat 21:40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gediblər.
 

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
 
Müəyyən edilib ki, banka gəlmiş 2 nəfər oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.
 
Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq  34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.
 
Araşdırma aparılır.