Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları birgə əməliyyat keçirib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əsginazı (2400 manat) şərti alıcıya satarkən saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.
Son xəbərlər
Son Xəbərlər