Saxta koronavirus dərmanını reklam edən məşhurlar barədə araşdırma

saxta-koronavirus-dermanini-reklam-eden-meshurlar-barede-arasdirma
Oxunma sayı: 6129

Koronavirusdan qoruduğu iddia olunan vitamini reklam edən türkiyəli məşhurlar haqqında araşdırma başladılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhur müğənni Seda Sayan vitaminin apteklərdə satıldığını və qanuni olduğunu iddia etsə də, İstanbul Əczaxana Palatası başçısı Zafer Sarıalioğlu məlumatı təkzib edərək “əczanələrimizdə əsla belə bir dərman yoxdur. Bu, çox böyük saxtakarlıqdır” deyə bildirib.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi saxta dərman reklamı edən məşhurlar barədə araşdırmaya başlayıb.