Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu gələrək tələb etmədə təqsirləndirilən Ramil Qədimov, Vüqar Həsənov və Nurlana Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə R.Qədimov 6 il, V.Həsənov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan N.Hüseynova isə şərti cəza verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər özlərini MTN əməkdaşı kimi təqdim edərək Yaşar Babayevdən hədə-qorxu yolu ilə külli-miqdarda pul tələb ediblər.
Son xəbərlər
Son Xəbərlər