Qazaxda saxta pul dəyişməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov polisə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.
Həmin əskinaslar ekspertizaya təqdim olunub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndi ərazisində saxlanılıb.
Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib. Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər