Saxta pul satan 30 nəfər saxlanıldı

saxta-pul-satan-30-nefer-saxlanildi
Oxunma sayı: 1016

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkənin 20 rayonunda saxta pul hazırlayan dəstəni ifşa edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Moskva və Dağıstanda aparılan əməliyyat çərçivəsində dəstənin 30 üzvü saxlanılıb.

Qeyd olunur ki, cinayətkarlar “yüksək keyfiyyətli saxta valyuta”nın hazırlanması və satışı ilə, həmçinin xaricdən idarə olunması ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb.