Saxta pulla alış-veriş

saxta-pulla-alis-veris
Oxunma sayı: 829


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini 20 yaşlı Cəfərli Coşqun Ələkbər oğlu olması müəyyən olunaraq tutulub. Öz ifadəsində Coşğun Cəfərli həmin saxta əskinasları Bakının Nizami rayonu, 8-ci km qəsəbəsində tapdığını deyib.

Əskinasların saxta olduğunu dəqiqləşdirən Coşğun onlardan yaxasını qurtarmaq əvəzinə, pula çevirmək qərarına gəlib. Beləcə yaşadığı ünvana gedənə qədər bir neçə dəfə ayrı-ayrı mağazalara girən 20 yaşlı gənc həmin dəyərsiz kağız parçalarını dəyərləndirib.

Satıcının ayıq-sayıqlığı Coşğunun saxta əskinaslara olan coşğun həvəsinə də son qoyub. Bundan sonra əraziyə polis əməkdaşları çağırılıb və o saxlanılıb. Bu cinayət əməli hazırda Binəqədi RPİ-nin istintaqçıları tərəfindən araşdırılır.