Saxta pulla telefon alan saxlanıldı

saxta-pulla-telefon-alan-saxlanildi
Oxunma sayı: 1035

Bakıda saxta pulla telefon alan şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki,yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefon alıb. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dövriyyəyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvələr oğurluğa görə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdılır.