Saxta pullarla alış-veriş etdi, saxlanıldı

saxta-pullarla-alis-veris-etdi-saxlanildi
Oxunma sayı: 4214

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əsginasları verib. 

“Qafqazinfo”nun məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb. 

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.