“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ümümi çəkisi 100 qramdan çox olan saxta qızıl məmulatlarını satıb gəlir əldə ediblər. İstinaqa ifadə verən Təvəkkül Həsənov həmin qızılları tanımadığı Gürcüstan vətandaşından aldığını deyib. Bunun müqabilində o, həmin şəxsə 1000 AZN məbləğində pul da verib. Əlindəki həmin qızılları satmağın yollarını axtaran Təvəkkül onların bir neçəsini zərgərlər tərəfindən yoxamadan da keçirib. Bundan sonra o, yaxın tanışı 30 yaşlı Kənan Nəcəfovla görüşüb. Görüş zamanı satışın planını cızan Təvəkkül Kənanı pul verəcəyi vədilə aldaraq onun razılığını alıb. Kənan isə həmin qızılları tanıdığı xanım vasitəsilə satacağını deyib.
Saxlanılan şəxslərdən müsadirə edilən həmin qızıl məmulatları ekspertizaya göndərilib. Yalnız bundan sonra həmin qızılların tərkibi məlum olub.
Bundan əlavə həmin boyunbağıların xüsisi peşəkarlıqla hazırlandığı də müəyyən edilib. Sən demə həmin metal tərkibi boyunbağılara bir neçə də qızıl su çəkilib. Dəfələrlə eyni proses həyata keçirildiyindən həmin boyunbağıların zərgərlər tərəfindən saxta olmasını müəyyən etmək çətin olub.
Faktla bağlı cinayət içi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər