Mütəxəssislər qarlı havanın üz iflicinə səbəb ola biləcəyini açıqlayıblar.
“Qafqazinfo” publika.az-a istinadən məlumatına görə, üz iflici üz əzələlərindəki sinirlərin donması nəticəsində baş verir. Soyuq səbəbindən ağızda və üzün müxtəlif yerlərində əyilmə müşahidə edilə bilər. Həmçinin gözləri qapaya bilməmək, üzün bir tərəfindəki mimikaların azalması, göz yaşı və tüpürcəyin azalması, dadbilmə duyğusunun pozulması da üz iflicinin ilkin əlamətləridir.
Mütəxəssislər deyirlər ki, insan qışda nə qədər qalın geyinsə də, üz bölgəsi soyuq hava ilə birbaşa təmasda olur. Üz iflicinin qarşısını almaq üçün mütləq üzü soyuqdan qorumaq lazımdır. Bunun üçün şal və şarflardan istifadə etmək olar. Qış aylarında üzü yuyub birbaşa soyuğa çıxmaq olmaz. Yağışa düşdükdə mütləq sığınacaq tapmalı, islanmamağa çalışmalısınız.
Son xəbərlər
Son Xəbərlər