Saxta yerli yumurta satanlara xəbərdarlıq

saxta-yerli-yumurta-satanlara-xeberdarliq
Oxunma sayı: 1708

Qida Təhlükəsizliyi Agentliyi yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır. Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək “yerli yumurta” adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Agentlikdən bildirilib  ki, bu kimi qanunazidd əməlləri törədən şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.