Saxtakarlar tutuldu

saxtakarlar-tutuldu
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, bir qrup şəxsin saxta sənədlərdən istifadə etməklə müxtəlif banklardan külli miqdarda kredit götürmələri faktı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə vətəndaşlardan daxil olmuş müraciətlər araşdırılıb. Müəyyən edilib ki, Ramiz Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək Dövlət Neft Şirkətinin “Azərneftyağ” Neft Emalı zavodunun, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma idarəsinin və digər dövlət təşkilatlarının möhür və ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklardan 100.000 manatdan artıq kredit götürüb.