Bunu “Qafqazinfo”ya açıqlamasında İRƏLİ İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib.
“Gənclər və İdman Nazirliyinin dəstəyi və İRƏLİ İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək və eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar. Düşərgə zamanı gənclərə Azərbaycanda aparılan könüllü hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaq”.
Qeyd edək ki, İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçirilən SAY hərəkatı ilk tədbirini Avropa Oyunlarına dəstək istiqamətində könüllülərin dəstəyi üçün həyata keçirib.
Son xəbərlər
Son Xəbərlər