“Sayğaclarla bağlı çoxlu şikayət gəlir”

saygaclarla-bagli-coxlu-sikayet-gelir
Oxunma sayı: 1880

Milli Məclisin deputatı Vahid Əhmədov köhnə sayğacların nə zaman dəyişdiriləcəyi barədə aidiyyəti qurumlara sual ünvanlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, millət vəkili energetika sistemində çox böyük problemlərin olduğunu bildirib:

“Ən böyük problem isə sayğaclarla bağlıdır. Bununla bağlı bizə çox sayda şikayət gəlir. Yeni qanunda ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi?”

Günel Türksoy