“Schneider Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində (BANM) texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün instrumental vasitə olaraq Tricon (SIL-3) əsasında Triconex Demo avtomatlaşdırılmış sistemini qurub. BANM-in yeni kampusunda “Schneider Electric” şirkəti ilə yaradılan tədris mərkəzində bu sistemdən istifadə etməklə həm BANM-in tələbələri, həm də SOCAR-ın mütəxəssisləri üçün təlim proqramları nəzərdə tutulub.
"Qafqazinfo" xəbər verir ki, tədris mərkəzinin bu qurğu ilə təmin olunması təlimlərin keçirilməsi ilə yanaşı, burada tədrisə texniki və elmi-metodik dəstəyin verilməsi məqsədini nəzərdə tutur. Bu təlimlərdə iştirak gələcək mühəndislərə və neft şirkətinin işçilərinə Triconex Demo sistemi haqqında əsas biliklər əldə etməyə imkan verəcək. Həmçinin, mütəxəssislər mərkəzdə texnoloji proseslərin təhlükəsizliyinin avtomatlaşdırılması sahəsində ən müasir texnologiyalarla tanış olacaq və təhlükəsizlik texnikası sahəsində öz biliklərini artırmaq imkanı qazanacaqlar.
“Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Əmrah Təkdəmirin sözlərinə görə, “Schneider Electric” Azərbaycan hökumətinin ölkəni müasir texnologiyalar, avadanlıqlar və xidmətlərlə təmin olunması səylərini hərtərəfli dəstəkləməyə çalışır.
Son xəbərlər
Son Xəbərlər