SDU-nun prorektoru dünyasını dəyişdi

sdu-nun-prorektoru-dunyasini-deyisdi
Oxunma sayı: 8744



“Qafqazinfo”nun məlumatına görə, mərhumun qardaşı Modern.az saytına bildirib ki, İbrahimin vəziyyəti martın 14-də gecə saatlarında qəflətən pisləşib, evə təcili tibbi yardım çağırılıb. Daha sonra onu Mərkəzi Kliniki Hospitala qaldırıblar. Həkimlərin səyinə baxmayaraq İbrahim Ömərov infarkt nəticəsində dünyasını dəyişib.

Mərhum bu gün Əmircan qəbiristanlığında torpağa tapşırılıb.
İbrahim Ömərəv, “Elita”, “Respublika” qəzetlərində çalışıb. Uzun müddət isə “Xalq qəzeti”ndə işləyib.
Bir ay əvvəl o, Sumqayıt Dövlət Universitetinə prorektor təyin edilmişdi. 

Allah rəhmət eləsin.