Azərbaycan Premyer Liqasında 25-ci tur başlayıb.
“Qafqazinfo” xəbər verir ki, turun ilk matçı “Sumqayıt” və “Səbail” arasında baş tutub.
Avrokuboklara qatılmaq uğrunda mübarizə aparan “Səbail” gərgin keçən matçda 10 nəfər qalmasına baxmayaraq 2:1 hesabı qalib gəlməyi bacarıb.
Bu qələbə ilə xalını 38-ə çatdıran paytaxt təmsilçisi 3-cü pillədəki mövqeyini gücləndirib.
“Sumqayıt” - “Səbail” - 1:2
Qollar: Peyman Babayi, 13 - Ağabala Ramazanov, 52; Oke Akpoveta, 74
Qırmızı vərəqə: Tome Kitanovski, 58





Son xəbərlər
Son Xəbərlər