Bakının “Səbail” Futbol Klubu mövsümün ikinci transferini açıqlayıb.
“Qafqazinfo” FK-nın instaqram səhifəsinə istinadən məlumat verir ki, paytaxt təmsilçisi Florian Kadriu ilə danışıqları müsbət yekunlaşdırıb.
“Oyunçu ilə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb!”, - məlumatda deyilir.
Qeyd edək ki, bu, “Səbail”in ikinci transferidir. FK bunadək Məqsəd İsayevi heyətinə qatıb.
Son xəbərlər
Son Xəbərlər