“Səbail” braziliyalı futbolçu ilə yolları ayırdı

“Səbail” braziliyalı futbolçu ilə yolları ayırdı
Oxunma sayı: 463

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı müdafiəçisi Eriko da Silva ilə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2019/20 mövsümünün əvvəlində Rumıniyanın “Astra” klubundan “Səbail”ə keçən 31 yaşlı futbolçu Bakı təmsilçisində 12 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Səbail” daha öncə Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen, Ruslan Hacıyev və Eltun Yaqublu ilə də vidalaşmışdı.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi