“Səbail” bir müddət öncə müqavilə bağladığı məşhur futbolçu Maykl Essyeni Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib.
“Qafqazinfo” xəbər verir ki, Qana yığmasının sabiq yarımmüdafiəçisi paytaxt klubunda 6 nömrəli forma altında mübarizə aparacaq.
36 yaşlı futbolçu, məşqçilər korpusunun şans verəcəyi təqdirdə, növbəti turda “Zirə”yə qarşı səfər matçında Azərbaycan Premyer Liqasında debüt edə biləcək.
“Zirə” - “Səbail” matçı martın 30-da keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər