Azərbaycan Premyer Liqasında XX turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Günün son matçı “Səbail”lə “Kəpəz” arasında keçirilib. Bu oyunda da meydan sahibləri 3 xala sevinən tərəf olub.
Xatırladaq ki, ilk oyun günündə “Sumqayıt” “Turan Tovuz”a 2:1 hesabıyla qalib gəlib. Lider “Qarabağ” isə doğma meydanda “Şamaxı”nı 3:1 hesabıyla yenib. Sabah “Qəbələ” “Sabah”ı, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XX tur
31 yanvar
“Səbail” – “Kəpəz” 1:0
Qol: F.Mazurek, 77.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Bakı. “ASCO Arena”, 18:30.