“Səbail” “Keşlə” ilə qarşılaşacaq

sebail-kesle-ile-qarsilasacaq
Oxunma sayı: 665

Premyer Liqamızda yeni mövsümə hazırlaşan “Səbail” daha bir yoxlama oyunu keçirəcək.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Aftandil Hacıyevin komandası “Keşlə” ilə qarşılaşacaq.

Sabah Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 18:00-da başlayacaq.