“Səbail” millimizin keçmiş üzvünü transfer etdi

sebail-millimizin-kecmis-uzvunu-transfer-etdi
Oxunma sayı: 1350

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanovun yeni klubu rəsmən müəyyənləşib.

“Qafqazinfo” Sportal-a istinadən saytı xəbər verir ki, təcrübəli cinah müdafiəçisi “Səbail”lə müqavilə imzalayıb.

Bu barədə Əmircanovun özü məlumat verib. O, bildirib ki, müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, son klubu AZAL olan Əmircanov Azərbaycanda “Karvan”, “Qəbələ”, “İnter”, “Neftçi” kimi klublarda top qovub.