“Səbail” onunla müqaviləni yenilədi

sebail-onunla-muqavileni-yeniledi
Oxunma sayı: 994

Bakının "Səbail" klubu müdafiəçisi Adil Nağıyev ilə müqaviləni yeniləyib.

"Qafqazinfo" kluba istinadən xəbər verir ki, futbolçu ilə birillik müqavilə imzalanıb.

Futbolçu 2019-cu ildən Bakı təmsilçisinin şərəfini qoruyur.

Müdafiəçi karyerası ərzində "Zirə" və "Sumqayıt" klublarında çıxış edib.