Səbail Polis İdarəsinin keçmiş binası yanır

sebail-polis-idaresinin-kecmis-binasi-yanir
Oxunma sayı: 2340

Səbail rayonunda yaşayış binasında yanğın başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın təxminən yarım saat öncə başlayıb. Yanğın Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binanın 2-ci mərtəbəsindən start götürüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub, hazırda yanğın söndürülür. İnsan itkisi yoxdur. Binanın 3-cü mərtəbəsində yaşayan sakinlər təxliyyə olunub. Qeyd edək ki, yanğın başlayan mərtəbə Səbail Rayon Polis İdarəsinin keçmiş inzibati binası olub. Hazırda fəaliyyətsizdir və yanğın da istifadəsiz halda olan mətbəxdən başlayıb.

Murad Əhməd