Səbail rayonunda iməclik keçirilib - Fotolar

sebail-rayonunda-imeclik-kecirilib
Oxunma sayı: 814

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə «Dostluq parkı»nın ərazisində və buradaki Veloparkda rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin, ali və orta təhsil müəssisələrinin kollektivlərinin, YAP Səbail rayon təşkilatının çoxsaylı nümayəndələrinin - ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə böyük iməclik keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən iməclik parkın bütün ərazisini əhatə edib. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. Gənclər və məktəblilər küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırıb, parkdakı velosiped yolları süpürülüb. Əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilib, ərazi qurumuş otlardan təmizlənib, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılıb. 

İməclikdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Vergilər Nazirinin müavini Sahib Ələkbərov, Milli Məclisin deputatları və digər nümayəndələr həmin gün parkın ərazisində 1000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı və zeytun,  velosiped yollarının kənarlarında dekorativ kollar əkiblər. Ağacların gələcək inkişafının təmini üçün bura damcı üsuslu ilə suvarılma xətləri çəkilib.