“Səbail” “Sabah”ı məğlub etdi - Video

sebail-sabahi-meglub-etdi
Oxunma sayı: 1846

Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ikinci oyun gününün birinci qarşılaşmasında "Səbail" klubu "Sabah" komandasını qəbul edib.

“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində xalını 3-ə çatdıran "Səbail" son pillədən qurtulub və 7-ci yerə yüksəlib. 6 xala malik "Sabah" isə 2-cidir.