“Səbail” “Sumqayıt”a qalib gəldi

sebail-sumqayita-qalib-geldi
Oxunma sayı: 1362

Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən ikinci oyunda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edib. 

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

“Dənizçilər”in heyətində Rüfət Abdullazadə (48,79) dubla imza atıb.

Qeyd edək ki, günün ilk oyununda “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.