Səbail yenilənir - Fotolar

sebail-yenilenir
Oxunma sayı: 665

Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov açıb.

Yığıncaqda qeyd olunub ki, 2017-ci ilin birinci rübündə Səbail rayonunda iri sənaye müəssisələri tərəfindən 6 milyard 090,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz çox məhsul istehsal edilib, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 92.6 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 23.1 faiz çox olmuş, rabitə müəssisələri tərəfindən görülüb iş və xidmətlərin dəyəri 24.9 milyon manat təşkil edib.

2017-cı ilin I rübü üzrə Səbail rayonunda çalışan işçilərin sayı 116808 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1339.6 manat olub ki, bu da keçən illə müqayisədə 7.9 % çoxdur.

Qeyd olunub ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və Badamdar şossesinin müasir standartlara uyğun yenidənqurulması aparılır. Dövlət Proqramı çərçivəsində Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.

Yığıncaqda sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.