Səbaildə “20 Yanvar”la bağlı tədbir

sebailde-20-yanvarla-bagli-tedbir
Oxunma sayı: 874


“Qafqazinfo”ya daxil olan məlumata görə, rayonun ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir. Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin   ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılıb. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir, şagird və tələbələrin  ”Şəhidlər Xiyabanı”na  ziyarəti təşkil  olunur.

Faciənin ildönümü ilə bağlı tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar. Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb. Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və  ərzaq bağlamaları  təqdim olunub. Tədbirdə qeyd olunub ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki “Cümə məscidi”ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.