Səbaildə 6 ayın yekunları müzakirə olunub

sebailde-6-ayin-yekunlari-muzakire-olunub
Oxunma sayı: 5301

Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 6 ay ərzində ölkədə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr barədə məlumat verib.

İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, cari ilin 6 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 9 milyard 147,2 milyon manatlıq məhsul istehsal edilib, rabitə müəssisələri tərəfindən görülmüş ximətlərin dəyəri 60.2 milyon manat, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 169.9 milyon manat olub. 6 ay ərzində əsas kapitala investisiya 4 milyard 524.6 milyon manat, və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,7 faiz çox təşkil edib.

Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və təklifləri - qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, «Abad məhəllə»lərin yaradılması işlərində bələdiyyələrin zəif iştirakı, mərkəzdə ki küçələrdə bəzi səkilərə döşənmiş daşların dağılması, köhnə binaların təmiri və yenidən tikilməsi işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, qanunsuz torpaq zəbt olunması və burada tikinti işləri aparılmasının qarşısının alınması, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, «Ekoloji park»da işlərin ciddi nəzarətdə saxlanılması, Dövlət mənzil fondunun qorunması, yay mövsümündə bəzi ərazilərdə isməli su ilə bğlı yaranmış problemlər və s. məsələlər toxunuldu, vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.