İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar olaraq rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər təşkil olunub. Rayon ictimaiyyətinin və gənclərin iştrakı ilə parklarda iməcliklər keçirilib, II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulub. Daha sonra bayram tədbiri keçirilib. Tədbiri açıq elan edən İcra Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.Daha sonra orkestrın ifasında müxtəlif marşlar səsləndirib, çıxış edən veteranlar öz xatirələrindən soz açıb. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarəsinin rəisi Polad İbrahimov veteranlara «1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi» yubiley medalını təqdim edib, onlara İcra Hakimiyyəti tərəfindən hədiyyələr və maddi yadımlar verilib.
Son xəbərlər
Son Xəbərlər