“Qafqazinfo”ya daxil olan məlumata görə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik edib. Natiq 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verərək bildirib ki, 104 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər