İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə rayon İcra başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri Qara Qarayevin, Üzeyir Hacıbəylinin və bir çox bəstəkarların əsərlərini ifa edib, orkestrin müşayəti ilə çıxiş edən incəsənət xadimlərinin ifaları mərasimi daha rəngarəngləşdirib. Mərasim boyunda ekranda gənc rəssam Ella Əzizbəyovanın zalda qumla çəkdiyi rəsmlər nümayiş edirilib.
Son xəbərlər
Son Xəbərlər